Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xalq artisti şagirdlərlə görüşdü - FOTOLAR - VİDEO

Xalq artisti şagirdlərlə görüşdü - FOTOLAR - VİDEO

Xalq artisti şagirdlərlə görüşdü - FOTOLAR - VİDEO
2024-06-14 , 13:35

Xalq artisti Tünzalə Ağayeva şagirdlərlə görüşüb.

Görüş Avropa Azərbaycan məktəbində gerçəkləşib. Tədbir marifləndirmə xarakteri daşıyır. Belə ki, pop star Autizm Mərkəzinin səfiri və təmsilçisi olaraq görüşdə autizmli uşaqlarla rəftar və davranma qaydaları haqda söhbət açıb tövsiyələr verib.
Daha sonra Xalq artisti şagird Mikayıl Əzizov və Autizm Mərkəzinin “Mavi ürəklər” musiqi qrupu ilə birlikdə “Fərqliyəm, sizdən biriyəm” mahnısını ifa edib.
Xalq artisti görülən işlərdən qürurlandığını vurğulayıb: “Mən autizmli insanların, Autizm Mərkəzinin bir dostu olaraq daim bu mövzuda marifləndirmə işləri görüb onları hər zaman dəstəkləyirəm və bununla əlbəttə ki, qürur duyuram. Nə gözəl ki, autizmli uşaqlara bir faydam olur”.
Tədbirdən lentə alınan görüntüləri təqdim edirik:


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.