Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”

Nigar izləyicilərini TƏHQİR ETDİ: “Gedin, pəhriz saxlayın ki, əriniz iyrənməsin sizdən”
2024-07-22 , 14:54

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 
Sənətçi sosial şəbəkə hesabında onu keçirdiyi plastik və estetik əməliyyatlarına görə qınayan qadın izləyicilərinə sərt mesaj ünvanlayıb.
Şabanova paylaşdığı postda bunları yazıb: "Ay xalalar, fikirləriniz önəmli deyil. Əvvəllər xalalar gəlinləri və nəvələri ilə maraqlanardı, indi isə onlar "Instagram"da nələr edir. Bir-iki xala var, əməliyyatım onlara yaman təsir edib. Xalalar, sizin olan sizindir. Rahat olun hələ. Mən özüm şəxsən xala qabağına iylənmiş ət atmışam. Sakitləşin, gedin pəhriz saxlayın ki, həyat yoldaşınız iyrənməsin sizdən".
Qeyd edək ki, Nigar Şabanova bir müddət əvvəl özəl klinikaların birində yenidən bıçaq altına uzanaraq, plastik əməliyyat keçirib. (bizim media)
Telegram kanalımız


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.