Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Çinarə: “Ailəmdən başqa heç kimə inanmıram” - VİDEO

Çinarə: “Ailəmdən başqa heç kimə inanmıram” - VİDEO

Çinarə: “Ailəmdən başqa heç kimə inanmıram” - VİDEO
2024-08-13 , 15:51

“İnam olmayan yerdə hər zaman söz-söhbət olur. İndi insanları yaxınıma buraxmıram. Əvvəllər ətrafım çox idi və onlara inanırdım. Amma artıq onlardan uzaqlaşmışam.  Ətrafımda yalnız həyat yoldaşım və anamdır”. Pravda.az olay-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Çinarə Əliyeva qonaq olduğu “Nigar xanım” verilişində deyib.

 
O bildirib ki, ailəsindən kənar heç kimə inanmır:
 
“Artıq heç kimə özüm haqda heç nə danışmıram. Dinləməyi xoşlayıram. Ailəmdən başqa heç kimə inanmıram. Kiməsə öz həyatından nələrisə danışırsan və sabah sənin aran onunla dəyəndə ikiniz arasında olan məsələləri gedib başqa şəxslərə danışır. Halbuki sən ona inanmısan və həyatından olanları danışmısan.
 
Deyirlər ki, qadının düşməni elə qadınlardır. Mənə sosial şəbəkədə ən çox irad yazanlar da qadınlardır. Bəlkə də tanışlarımdır, bilmirəm".
 
Qeyd edək ki, həkim-cərrah Ruslan Rəsulla ailəli olan Çinarə bir müddət əvvəl ana olsa da, körpəsini itirib. Buna səbəb isə  uşağın qeysəriyyə əməliyyatı ilə doğulduqdan sonra ağciyərində yırtıq əmələ gəlməsi olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.