Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nanənin verilişi olmayacaq, yerinə o gələcək

Nanənin verilişi olmayacaq, yerinə o gələcək

Nanənin verilişi olmayacaq, yerinə o gələcək
2024-08-26 , 15:14

Aparıcılığını Nanə Ağamalıyevanın etdiyi "7 Tamam" proqramı yeni mövsümdən efirə getməyəcək. Axşam.az-ın əldə etdiyi məlumata görə, həmin saatda ATV kanalında aparıcı Zaur Nəbioğlu efirə çıxacaq. Onun hansı proqrama aparıcılıq edəcəyi hələ məlum deyil. Hazırda isə Zaur verilişi birlikdə aparmaq üçün aparıcı axtarışına çıxıb.

 
Qeyd edək ki, ötən mövsüm Zaur "Rəngarəng səhər" verilişi ilə tamaşaçıların qarşısına çıxırdı. O, proqramı Aysel Novruzova ilə birlikdə aparırdı. 
 
N.Ağamalıyeva ATV-də eyni zamanda "Nanəli" proqramına da aparıcılıq edir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.