Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO

Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO

Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO
2024-10-14 , 18:10

Aparıcı Lalə Azərtaş 6 yaşlı qızına spirtli içki içdirən ata ilə bağlı polisə müraciət edib.

 
Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, hüquq-mühafizə orqanlarından bununla bağlı tədbir görülməsini xahiş edib:
 
"Dəhşət içindəyəm. Anasının iddiasına görə, 6 yaşlı körpə atası tərəfindən içizdirilir. İçki içdikdən sonra uşağa tütün məmulatları çəkdirilir. Bir valideyn kimi bu videonu görəndən sonra həmin insanı paramparça etmək istəyirsən. İnanıram ki, aidiyyəti qurumlar bu görüntülərdən sonra dərhal hərəkətə keçəcəklər. Adam özü video çəkərək yaxınlarına göndərir ki, yaxın günlərdə qızımla mən qara torpaq altına gedəcəyik. Xahiş edirəm, bu uşağın həyatını birlikdə xilas edək". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.