Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Özümə “dünyanın ən mələk simasıyam” demirəm  

Özümə “dünyanın ən mələk simasıyam” demirəm
 

Özümə “dünyanın ən mələk simasıyam” demirəm

 
2024-10-15 , 12:57

“Sülh və əmin-amanlıq prinsipi məndə heç zaman pozulmayacaq”. 

Bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Özəl” verilişində deyib.
Sənətçi bildirib ki, həmkarlarından fərqli olaraq onlarla mübahisəsini ekran önündə deyil, kənarda həll edib:
“20 ildir ki, məndə bu belədir. Deyim ki, bu çərçivəni mən özüm yaradıram... “Məndən yoxdur. Mən dünyanın ən mələk simasıyam” – demirəm. Bu mənim xasiyyətimdir. 20 ildir ki, peşəkar səhnədəyəm. Bu illər ərzində qalmaqala düşsəm də, heç zaman cavab verməmişəm. Kimləsə də mübahisəm olanda da ekran onündə deyil, ekran arxasında həll etmişəm. Yəgin ki, bu, belə də davam edəcək”. (olay)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.