Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "İndiki cavanların nə dinlədiyini eşidəndə çox utanıram"

"İndiki cavanların nə dinlədiyini eşidəndə çox utanıram"

2024-11-07 , 14:33

"Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev kimi gözəl bəstəkarlarımız olub. Bütün yazılan əsərlər balacadan tutmuş yaşlılara qədər onların beyinlərə həkk olunub, tarixə yazılıb və bu heç vaxt silinməz".

 
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə "Günə bax" verilişində deyib. Sənətçi indiki gənclərin dinlədikləri mahnılara görə utandığını bildirib:
 
"Övladım Davidin 2 yaşı olanda "Şəbi-hicran" kamera orkestrinin ifasına qulaq asırdı. Onu heç kim öyrətməmişdi. 44 günlük Vətən müharibəsində Qarabağa aid mahnıları oxuyurdu. İndiki cavanların nə dinlədiyini eşidəndə çox utanıram. Xoşbəxtəm ki, övladım belə musiqiləri dinləmir. Qoy, sənətkarları dinləsin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.