Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyam Salami Aynur Dadaşovaya evlilik təklif etdi: "Sən dul, mən dul, bir kəllə qənd, bir molla, vəssalam...”

Niyam Salami Aynur Dadaşovaya evlilik təklif etdi: "Sən dul, mən dul, bir kəllə qənd, bir molla, vəssalam...”

Niyam Salami Aynur Dadaşovaya evlilik təklif etdi:
2024-11-21 , 22:14

Müğənni Niyam Salami həmkarı Aynur Dadaşovaya evlilik təklif edib. 

 
Pravda.az xəbər verir ki, bu etiraf “ATV” kanalında yayımlanan “Rəngarəng” verilişində edilib.
 
Niyam Salami Dadaşovaya evlilik təklif etməsini belə açıqlayıb: “Efirdən deyirəm, əcəb də edirəm. Bu gözəl xanımı sevmişəm. Üzünə də deyirəm. Dedim ki, sən dul, mən dul. Bir kəllə qənd, bir molla, vəssalam”. 
 
Aynur Dadaşova isə həmkarının dediklərinə cavab olaraq bildirib ki, onun evlilik təklifini rədd edib: “Niyam dedi ki, səninlə ailə qurmaq istəyirəm, sənə qarşı fikrim ciddidir. Mən də dedim ki, özüm boyda övladlarım var. Hər şey insanın öz əlindədir. İstəsəm... Balalarım olmasa, ailə qurardım. İki övladım var. Dedim ki, Niyam, fikrinə hörmətlə yanaşıram, səni çox istəyirəm. Niyam gözəl dostdur, qayğıkeşdir. O da həyat yoldaşından ayrılıb, ailə qurmaq istəyib. Sevgi elə bir şeydir ki, vara, dövlətə, şan-şöhrətə baxmır, içdən gəlməlidir. Yalan olmamalıdır...” 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.