Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Dördüncü dəfə hamilədir... - Geyimi ilə gündəm oldu

Dördüncü dəfə hamilədir... - Geyimi ilə gündəm oldu

Dördüncü dəfə hamilədir... - Geyimi ilə gündəm oldu
2024-11-27 , 17:13

Amerikalı aktrisa və fotomodel Meqan Foks yeni fotosessiyası ilə diqqət çəkib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı məşhur aktrisa transparan hamiləlik paltarında alış-veriş edərkən görüntülənib.
Şəxsi həyatı ilə daim gündəmdə olan Foks dördüncü övladına hamilə olaraq ilk dəfə ictimai yerdə görünüb. 
Qeyd edək ki, Meqan Foks aktyor Brayan Ostin Qrinlə evli olub. Cütlüyün bu evlilikdən 3 övladı var. 2010-cu ildən bəri birlikdə olan ikili 2021-ci ildə ayrılıb. Cütlüyün boşanmasına səbəb onların bir-birinə xəyanət etməsi olub. Aktrisa hazırda reper Meçin Qan Kelli ilə birlikdədir və onların övladı olacaq.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.