Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Onları efirə necə çıxarırlar?"

"Onları efirə necə çıxarırlar?"

2024-11-30 , 14:47

"İldə 5-6 dəfə verilişə qatılsam bəsdir. Kanallar dəvət edir. Amma baxıram ki, mənim gedəcəyim veriliş deyil. Gedib nə danışacağam? Həm də işlərimiz çox olur, vaxt tapmırıq". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova "Zaurla Günaydın" verilişində deyib. Xanəndə verilişlərə getməməsinin səbəbini açıqlayıb. O bildirib ki, bir çox proqramları özünə yaraşdırmır. 

A.Bayramova bayağı mahnı ifaçılarının efirə dəvət olunmasını tənqid edib:
"İndi sosial şəbəkədə nələr var... Efirə çıxmasa da yutubda bir kanal açıb hər şeyi nümayiş etdirirlər. Yaxşıdırsa, efirə çağırın. Həm görkəm olaraq, həm də ifa olaraq... Özünüz məndən yaxşı bilirsiniz hər şeyi. O mahnılar necə, harada yazılır? Onları efirə necə çıxırlar?".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.