Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xırdalanda yolları su basdı, avtobus quyuya düşdü - VİDEO

Xırdalanda yolları su basdı, avtobus quyuya düşdü - VİDEO

Xırdalanda yolları su basdı, avtobus quyuya düşdü - VİDEO
2024-12-09 , 16:51

Xırdalan şəhərinin Həsən Əliyev küçəsinə yağış və kanalizasiya suları dolub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayıb.

 
Bildirilib ki, iki gün davam edən yağıntılı hava səbəbindən Bakı Mühəndislik Universitetinə gedən yol (120 dairəsi deyilən ərazi) su ilə dolub. Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların buradan keçməsi isə ümumiyyətlə qeyri-mümkün olub.
 
Bu gün isə 135 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən iritutumlu avtobus su ilə dolmuş ərazidəki quyuya düşərək yararsız hala düşüb.
 
Qafqazinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.