Təyyarə qəzasından sonra bu məşhurlar görün nə paylaşdılar-FOTOLAR

Məlum olduğu kimi dekabrın 25-də AZAL-a məxsus və Bakıdan Qroznı istiqamətində uçan təyyarə vurulduqdan sonra qəzaya düşüb, çoxsaylı insan tələfatı baş verib. Azərbaycan xalqı və dostları hüzn içindədir, hələ də xarici dövlət və hökumət başçılarından Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir. Matəm günü bitsə də xalq olaraq qeyri-rəsmi matəmdəyik, günahsız insanların ölümü bizi çox sarsıdıb.

Ondan sonra bəzi Türkiyəli məşhurlar müəyyən paylaşım etdilər. Bəs özümüzdə "xalq bizi dolandırır", "hər gün toydayam" deyən müğənnilər bu hadisədən nə qədər üzüldüklərini sosial şəbəkələrdə necə ifadə etdilər, ümumiyyətlə etdilərmi, edirlərmi? Araşdırmalarımız göstərdi ki, şou-biznesdə ayağının altını görməyən bir çoxlarından fərqli olaraq, Rusiyada yaşayan və fəaliyyət göstərən Rəqsanə İsmayılova, Afət Fərmanqızı ilk gündən paylaşımlar ediblər. Belə ki, bir çox məşhurlar İnstaqramda əsas səhifədə faciə ilə bağlı nəsə paylaşmadıqları halda Afət Fərmanqızı dövlət başçısının sərəncamı ilə Matəm günü elan edilməsi ilə bağlı öz səhifəsində dərhal paylaşım edib.












OXŞAR XƏBƏRLƏR