Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Müğənni Tural Gəncəli "avtoşluq" etdi, polisə tabe olmadı, həbs edildi

Müğənni Tural Gəncəli "avtoşluq" etdi, polisə tabe olmadı, həbs edildi

Müğənni Tural Gəncəli
2024-12-30 , 22:49

Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.

Oxu.Az xəbər verir ki, görüntülərdə onun "Toyota Prius" markalı maşını bir neçə dəfə qəsdlə vuraraq ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisiToğrul Nəsirli Oxu.Az-a açıqlamasında bildirib ki, narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes-Benz" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.