Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Azər vəfat etdi

Azər vəfat etdi

Azər vəfat etdi
2025-01-05 , 18:51

Aktyor Azər Baxşəliyev vəfat edib.

Bu barədə onun dostu, aparıcı İlkin Həsəni sosial şəbəkədə məlumat yayıb:
"Hər zaman ölüm xəbərini ilk verən insanlardan zəhləm gedib. Bu dəfə elə özümdən də zəhləm gedir. Son 3 gün ərzində möcüzənin olacağına inananlar, gözləyənlər, dua edənlər, donor olmaq istəyənlər, möcüzə olmadı. Dualarımız dayandı, ümidimiz söndü. Azər, həyat mübarizəsini dayandırdı və əbədi olaraq gözlərini yumdu. Rahat yat, dostum".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.