Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama
2025-01-03 , 20:15

"Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz".

Yenilik.az xəbər verir k, bunu oxu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.
"Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub", - deyə o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.