Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysun boşanma barədə: “Ərizə imzalayıb vermişəm” + VİDEO

Aysun boşanma barədə: “Ərizə imzalayıb vermişəm” + VİDEO

Aysun boşanma barədə: “Ərizə imzalayıb vermişəm” + VİDEO
2025-01-24 , 14:39

Aysun İsmayılova ayrılıq xəbərləri ilə bağlı növbəti dəfə açıqlama yayıb.

Yenilik.az xəbər verir ki, bu barədə o, "Instagram"da video paylaşıb.

Müğənni bildirib: “Bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzilərinə maraqlı, bəzilərinə maraqsız ola bilər. Maraqsız olmağının tərəfdarıyam. Həyatda heç kəs heç nədən sığortalanmayıb, Allahın yazdığı taleyi heç kim dəyişə bilməz.
Mənim qız övladım var, onun gələcəyi üçün belə şeylərlə gündəmə gəlmək istəmirəm. Son dəfə açıqlama verib bu söhbətin bağlanmağını istəyirəm, media nümayəndələrindən xahiş edirəm, ailəm haqqında yazmasınlar. Ramil Vəliyev övladımın atasıdır, ona böyük hörmətim var. 2 mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanmamışıq, ərizə imzalayıb vermişəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.