Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “TikTok”da şəxsiyyətsizliyi reklam edirlər - Elməddin VİDEO

“TikTok”da şəxsiyyətsizliyi reklam edirlər - Elməddin VİDEO

“TikTok”da şəxsiyyətsizliyi reklam edirlər - Elməddin VİDEO
2025-02-04 , 17:10

Aktyor Elməddin Cəfərov açıqlaması ilə diqqət çəkib. 


“Qapqara” layihəsində qonaq olan sənətçi “TikTok”da baş verən özbaşınalıqlardan söz açıb.

Cəfərov bildirib ki, sözügedən platformada şəxsiyyətsizliyi reklam edirlər:

“Çox üzülürəm. Mən bəlkə də başa salsam, onlar doğru yola yönələrlər. Amma “TikTok”da elələri var ki, özü də və özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Burada söhbət ailə tərbiyəsindən getmir. Orada şəxsiyyətsizliyi reklam edirlər. Çünki adamların özündə bu yoxdur, özləri nədirsə onu da edirlər, onu da insanlara sırımağa çalışırlar. Və bütün bunların üzərinə özünə avtomobil və ev alanlar var deyə digər nəsil də “neyləsin”… Onlara baxan da deyir ki, mən gedim 300-400 manata işləyim. Amma “TikTok”dan 5000 manat qazana bilərəm. Hər zaman deyirəm ki, hər şey satmaq olar. Pul ilə geri ala biləcəyin hər şeyini sat. Nəyin ki, pulla yəni milyardın belə olacaq amma onu ala bilməyəcəksənsə onları qətiyyən satma. Budur sənin yer üzündəki dəyərin. Rəbbim sənə satılmayan şeylər verib”.  (olay)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.