Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əlikramı aldadıb 250 manatını aldılar

Əlikramı aldadıb 250 manatını aldılar

Əlikramı aldadıb 250 manatını aldılar
2025-02-14 , 15:24

Müğənni Əlikram Bayramov dələduzluqla üzləşib.

 
Sənətçi bu haqda "Günə bax" verilişində danışıb. O bildirib ki, müğənni Arzu Qarabağlının adından onu aldadıb pul alıblar:
 
"Rayonda idim, gəldim evə. Gördüm Arzu Qarabağlı status yazıb ki, vəziyyətim ağırdır, xəstəxanadaym və 250 manat lazımdır. Nə zamin lazımdırsa edim. Durdum, getdim oğluma dedim ki, bax. Arzu Qarabağlıya zəng etmədim. Oğlum dedi ki, qoy mən atım, efirdədi, adımı çəksin reklamım getsin. Sonra pulun çekini atdım, Arzu dedi ki, mən deyiləm. Hüquq mühafizə orqanlarına zəng etdim, getdim bölməyə. Oğlum ərizə yazdı. Bizdən sonra nə qədər adamı aldadıblar. Baxıram ki, adamın kartı hələ də açıqdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.