Zahidə Günəş keçmiş həyat yoldaşı barədə: “Evlənsə, toyuna gedərəm”

Müğənni Zahidə Günəş həyat yoldaşından ayrılma səbəbi barədə açıqlaması ilə gündəmə gəlib.
“Bəzən yazırlar ki, kim kimdən ayrılırsa, yalandan deyir, səbəb xəyanətdir. Niyə yalandan olsun? Olanı deyirlər də. Bir var, xəyanət, bir də var, xəyanətlər. Bir deyil, iki deyil, çəkiləcək dərd deyil. Sonradan bilmişəm. İnsandır, oldu, keçdi. Danışmaq istəmirəm. Allah onu xoşbəxt eləsin. Can sağlığı arzu edirəm. Pis insan olmayıb. Zəhmətkeşdir. Ondan sonra kimə inanıb, güvənərəm? Heç kimə. Cədvəlimdə toylardan yer olsa, evlənsə, toyuna gedərəm. Axı o mənim fanatımdır…” – Z.Günəş qeyd edib.
OXŞAR XƏBƏRLƏR