Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Sultan Süleyman" haqqında həbs qərarı verildi

"Sultan Süleyman" haqqında həbs qərarı verildi

2025-05-23 , 17:11

Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun mühakimə olunduğu “Gezi Parkı” işi üzrə hökm oxunub.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun menecerləri Ayşe Barımın “Gezi Parkı” istintaqı ilə bağlı “yalan ifadə verməsi” iddiası ilə mühakimə olunduğu iş üzrə məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən sonra cəza şərti hesab edilib.
Qeyd edək ki, Halit Ergenç "Muhteşem Yüzyıl" serialında Osmanlı Sultanı Süleymanı canlandırmaqla məşhurlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.