“Yazırlar ki, Allah balanı öldürsün!” - Tolik uşağının anasını axtaranlara cavab verdi
Yenisabah.az tanınmış prodüser, teleaparıcı Tarix Əliyevlə müsahibəni təqdim edir.
- Mən camaat üçün ona görə maraqlıyam ki, millət otursun, məni müzakirə etsin. Ona görə də, mən özümə söz vermişəm ki, bundan sonra heç nə etməyəcəyəm. Heç bir böyük işə əl qatmayacağam. Yüzlərlə yaxşı iş görürəm media üçün maraqlı olmur. Bir dəfə də media mən olmadan yazardı ki, Tolik yüzlərlə iş görür. Bir ziyalısı, bir ağıllısı çıxıb demədi ki, bu adam o qədər xeyirxah işlər görürür.
- Xeyirxah əməlləriniz də çoxdur. Bunları edərkən, hansı məqamları daha üstün tutursunuz?
- Bu yaxınlarda Lalə Azərtaşın verilişinə bir ailə gəlmişdi. İki qızı var idi. Deyirdi ki, hamamımız yoxdur, uşaqları vannada çimizdirirəm. Qız uşaqları olduğu üçün ürəyim dözmədi. Həmin adama zəng vurdum, dedim ki, qardaş, mən sənin üçün hamam tikdirəcəm. Adamın kartına da 1500 manat pul göndərdim. Adam da götürüb o pulu istifadə edib. İnsanlara artıq yaxşılıq da etmək olmur. O adam həmin 1500 manatı bəlkə də, beş aya qazanacaqdı. Hazır vermişəm də, istifadə et.
- Bəs bu sizdə tükənmişlik hissi yaşatmır?
- İnsan belə şeyləri görəndə heç nə etmək istəmir.
- Bu gün efirlərdə ekspert rolunu oynayan müğənnilər haqqında nə düşünürsünüz?
- Bu gün də əminliklə deyirəm ki, efirlərə çıxan müğənnilərin çoxu xalqın qarşısına çıxıb, əxlaqdan dərs deyə bilməz. Sosial verilişlərdə müğənni oturub, camaata, nəbilm ucqar kənddən gəlmiş bir insana məsləhət verə bilməz. Orada elə bir insan oturmalıdır ki, onun ailəsində, dəyərlərində problem olmasın. Həyatda hansısa bir uğurları olsun.
- Son zamanlarda övladınızla bağlı gündəmə gəldiniz. Hətta 46 yaşınızı da onun 3 aylığı ilə birlikdə qeyd edəcəksiniz. Övladınızın üzünü göstərməməyinizin səbəbi nədir?
- Vallah, o qədər səviyyəsiz insanlar var ki, mənim üç aylıq balama qarğış edəcək həddədirlər. Ona görə üzünü göstərmirəm. Mənim övladım kimdən artıqdır ki, heç kəsdən artıq deyil. Amma mən onu ona görə göstərmirəm ki, həyatda çöpü çöpün üstünə qoya bilməyən min dənə insan ağzına gələni girib yazacaq. Üç aylıq körpə uşağı söyən millətdən nə gözləyim?
- Deyəsən, pis rəylər sizə çox təsir edir...
- Əlbəttə, uşaqla bağlı da nə isə paylaşıram, rəylərdə yazılır ki, hanı bunun anası? Ay insanlar, axı siz hansı dövrdə yaşayırsınız? Süni mayalanmanı bilməyən şəxslərsiniz. Bundan sonra nə deyim axı?!
- Balaca Milananın üzünü göstərməsəniz də, bəzən sosial şəbəkələrdə uşaqla bağlı müəyyən reklamlar edirsiniz.
- Bəli, 1-2 dəfə reklam etmişəm, o da hədiyyə göndərdikləri üçün. Rəylərə baxıram, yazırlar ki, Allah balanı öldürsün. Üç aylıq körpənin nə günahı var axı? Biz belə cəmiyyətdə yaşayırıq. Ona görə də övladım haqqında heç nə danışmaq istəmirəm.
- Hazırda övladınıza kim baxır?
- Uşağıma hazırda dayə baxır. Dayənin də yanında beş gün bacım qalır, beş gün də bibim. Evimdə təmir getdiyi üçün, yanımızda başqa ev tutmuşam, orada qalıb övladıma baxırlar. Çünki mən istəyirəm ki, uşaq ailə nəvazişi görsün.
- Ata olmaq həyatınızda nələri dəyişdi? Gündəlik həyatınıza və düşüncələrinizə necə təsir etdi?
- Övladın olması gündəlik həyatıma təsir edir. Əvvəl tək işim idi. İndi övladım da olduğu üçün mən hər işimi ona uyğun planlaşdırıram. Səhər 09:30-da verilişim başlayır, işdən sonra da 1-2 saat ərzində hər şeyi tamamlayıb, evə tələsirəm. Günümün 3-4 saatını övladıma həsr edirəm. Bunu qoxuma öyrəşsin, aradakı bağ qurulsun deyə edirəm. Evdə olmayanda da bibimə, bacıma zəng vurub görüntülü danışıram. Səhərlər televiziyada mənə baxır, səsimi də tanıyır. Çalışıram ki, övladım hər hansısa mövzulara alət olmasın. Məsələn, yayda dostlarımla tətil planları qurmuram. Yeni ildə düşünürdüm ki, xaricə gedərəm, amma övladımla birlikdə olacam. Bütün həyatımı ona həsr etmişəm.
OXŞAR XƏBƏRLƏR

Laçında bayram ab-havası... - Video + Fotolar
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Toylara getsəydim, evimin divarları qızıldan idi” - Mübariz Tağıyev
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14