Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ayseldən boşanma iddialarına ilk reaksiya

Ayseldən boşanma iddialarına ilk reaksiya

Ayseldən boşanma iddialarına ilk reaksiya
2025-07-24 , 17:23

Avroviziya təmsilçimiz Aysel Teymurzadə "DreamFest"in firuzəyi xalısına çıxıb.

Yenilik.az xəbər verir ki, OLAY-ın məlumatına görə, çiçəkli libası ilə diqqət çəkən Aysel jurnalistlərin suallarınl cavablandırıb.
Sənətçi bildirib ki, artıq sənət fəaliyyətinə davam edəcək: 
"Bu, bir başlanğıcdır. İnşallah davam edəcəyəm".
Aysel üstüörtülü Xalq artisti Murad Adıgözəlzadə ilə boşanma iddialarına reaksiya verib:
"Bu gün Musiqi Festivalıdır, istəyərdim bu haqda danışaq. Çox gözəl gündür. Bu haqda başqa vaxt danışarıq".
Sənətçi həmçinin övladlarından söz açıb:
"Uşaqlar böyüyüblər, onlar balaca olanda fəaliyyətə davam etmək çətin idi. Məndə belə alındı ki, onlar ard-arda dünyaya gəldilər, aralarında iki yaş fərq var. 12,10 və 8 yaşındadılar. Hazırda özümə daha çox vaxt ayıra bilərəm. İncəsənətə çox meyillidilər. Qızların gözəl səsi var, mənim valideynlərim mənə dəstək olduğu kimi onlara dəstək olacam. Musiqi təhsili alırlar, pianoda ifa edirlər. Mənə də çox dəstəkdirlər. Ən böyük fanatlarımdır. Bu gün buradadılar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.