Leyla Əliyeva məzun günündə - Fotolar
Bu gün “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində dəstək alaraq ali təhsilini başa vuran tələbə qızların əzmkarlığını, təhsilə bağlılıqlarını və əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədilə məzun günü keçirilib.
Tədbir layihənin nəticələri və əldə olunan nailiyyətləri özündə əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Açılış nitqləri ilə davam edən tədbirdə ilk olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. O, bu cür layihələrin davamlı və təsirli nəticələr verdiyini qeyd edib və çıxışında gənc qızların təhsil yolunda qarşılaşdıqları çətinlikləri dəf etmələrinin cəmiyyət üçün örnək olduğunu, bu cür təşəbbüslərin onların gələcəyinə inamı artırdığını bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qızların təhsilə cəlb olunmasının fərdi uğurlarla yanaşı, bütövlükdə cəmiyyətin inkişafına xidmət etdiyini deyib. Nazir vurğulayıb ki, dövlət tərəfindən bu kimi təşəbbüslərin dəstəklənməsi təhsilin əlçatanlığını artırır və bərabər imkanların yaradılmasına xidmət edir. Emin Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyinin layihəyə verdiyi dəstək onun daha da genişlənməsinə və davamlılığının təmin olunmasına səbəb olub. Hazırda yüzlərlə tələbə qız bu layihədən faydalanır və həyatlarında yeni imkanlar əldə edir.
Nazir bildirib ki, bir qadının təhsili, əslində, bir ananın təhsili deməkdir. Tədqiqatlar göstərir ki, təhsilli anaların övladları daha savadlı, daha hazırlıqlı və daha bacarıqlı böyüyürlər. Bu baxımdan qızların təhsilinə kiçik yaşlardan diqqət yetirmək dövlətin uzunmüddətli inkişafı üçün həlledici amildir.
Emin Əmrullayevin sözlərinə görə, qızların təhsilinə dəstək həm sosial ədalətin təmin olunması, həm də ölkənin gələcək inkişafına töhfə baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər bir daha sübut edir ki, qadınların təhsili və gücləndirilməsi cəmiyyətin hərtərəfli inkişafının əsasını təşkil edir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Gənc qızların təhsilinə dəstək” təşəbbüsünün təkcə maddi yardım deyil, gələcəyin parlaq və savadlı qadın liderlərinə açılan bir yol olduğunu diqqətə çatdırıb. Fond rəhbəri çıxışında həmçinin dövlət-özəl tərəfdaşlığının vacibliyinə toxunaraq bildirib ki, bu cür təşəbbüslər özəl sektorun da sosial məsuliyyətə töhfə verməsi nəticəsində mümkün olur. Elnur Nəsibov gənc qızların uğurlarının bu əməkdaşlığın real nəticəsi olduğunu qeyd edib və bu modelin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin, eləcə də “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının məzunu Leyla Vəliyeva, Kiyev Milli Texnologiya və Dizayn Universitetinin, eyni zamanda “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək öz təəssüratlarını bölüşüb, təşkilatçı qurumlara təşəkkürünü ifadə ediblər.
Tədbirin davamında təqaüd proqramı və sosial layihənin məzunları səhnəyə dəvət olunub. Onlara təhsil müddətində göstərdikləri uğurlu nəticələrə və layihəni uğurla başa vurduqlarına görə təşəkkür edilib, təbriklər ünvanlanıb və gül dəstələri təqdim olunub.
Məzun günü bədii hissə ilə sona çatıb.
Qeyd edək ki, ali məktəblərə yüksək balla daxil olmuş, aztəminatlı və həssas qruplardan olan tələbə qızlara maddi dəstək göstərməyi hədəfləyən “Hənifə Məlikova adına qızların təhsilinə dəstək” təqaüd proqramı üzrə tələbələrə aylıq 200 manat təqaüd təyin olunur. 2021-ci ildə 14, 2022–2023-cü illərdə 25, 2024-cü ildə isə 145 tələbə qız bu imkanlardan faydalanıb. Artıq 12 tələbə qız ali təhsilini uğurla başa vuraraq məzun adını qazanıb.
2021-ci ildən həyata keçirilən və qəhrəman şəhidlərimizin ali məktəbə qəbul olmuş həyat yoldaşlarını sosial və mənəvi baxımdan dəstəkləyən “Sən tək deyilsən” sosial təşəbbüsü isə indiyədək 25 iştirakçını əhatə edib və 3 nəfər şəhid xanımı məzun olub.









OXŞAR XƏBƏRLƏR

“Hami və heç kim üçün…” – Bakıda 55 minlik özəl məktəblərdə təhsil alanlar kimlərdir? (Araşdırma)
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14