Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nadirin xanımına görə Ayanla münasibəti bitib?

Nadirin xanımına görə Ayanla münasibəti bitib?

Nadirin xanımına görə Ayanla münasibəti bitib?
2025-09-28 , 14:17

Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarındakı yaranan soyuqluq barədə sualı cavablayıb. 


O, "Xanımının xoş qarşılamamasına görə Ayanla menasibətləri bitib" iddiasından danışıb:

"O, məndən yaşda və sənətdə kiçikdir. Mən tərəfdən heç bir problem yoxdur. Kimsə nə deyibsə, bilmirəm. İlk məndən yığıb öyrənmək lazımdır. Xanımım uğurlar qazanmağıma dəstək olub. Bilirdi ki, tanınandan sonra müxtəlif xəbərlər ola bilər. O, sənətimə qarışmır. Ayan bizim evdə də olub". 
 
Bir zamanlar aralarından "su keçməyən" sənətçilər bir müddətdir ki, münasibətlərini kəsiblər. Hətta Babakişiyeva Qafarzadənin oğlunun toy dəvətini belə cavabsız qoymuşdu.

Müğənnilərin səmimi görüntüləri isə media və sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu./milli.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.