Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Buna görə ailə həyatınızı dağıtmayın" - VİDEO

"Buna görə ailə həyatınızı dağıtmayın" - VİDEO

2025-10-07 , 14:49

"Adi insanların sürdüyü maşın, geyindiyi danışılmır. Ucuz maşınla gedəndə dayanacaqda belə yer vermirlər. Ona görə məşhurlar çətin də, kreditlə də olsa çalışırlar bahalı nəsə alıb, yaxşı görünsünlər. Sadəliyə dəyər verilmir. Ulduzlar əlçatmaz olmalıdır. Tədbirə göstərişli girməlidir. Elə olmayanda, sənəti böyük olsa da, ulduz kimi qarşılanmayacaq".

Bu sözləri müğənni Xatirə İslam "Gün ortası" verilişində deyib. Sənətçi bildirib ki, müğənnilər bahalı maşın sürüb, paltar geyinməlidir:
 "Sosial şəbəkədə hər şey yalançıdır: yalançı gülüş, göstərişli həyat. Dəbli həyat belə oldu, elə oldu... Hamsının böyük dərdi, problemi var. Allah heç kimə göstərməsin. Səsin, sənətin varsa, bu səhnədə yerin var. Səsin yoxdursa, gözəl yaşamağa, maşın almağa görə dağıtmayın ailə həyatınızı. Sosial şəbəkə vasitəsi ilə tanınmaq asandır. Dinləyicinin zövqü dəyişib, ona görə elə mahnı oxuyan tez tanınır".  (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.