Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Yaşar Nurinin qızından ŞOK AÇIQLAMA:"Evli kişilər mənə münasibət təklif edirlər..."

Yaşar Nurinin qızından ŞOK AÇIQLAMA:"Evli kişilər mənə münasibət təklif edirlər..."

Yaşar Nurinin qızından ŞOK AÇIQLAMA:
2025-10-24 , 15:44

Məşhur aktyor, xalq artisti Yaşar Nurinin qızı – müğənni və aparıcı Ülkər Yaşar “KüncBucaq TV”də qonaq olub.

O, verilişdə şəxsi həyatından, atasının xatirəsindən və şou-biznesdə qarşılaşdığı çətinliklərdən danışıb.
Ülkər Yaşar bildirib ki, atası Yaşar Nuri kimi sənətkarın övladı olmaq həm qürurvericidir, həm də məsuliyyətlidir:
“Yaşar Nuri kimi bir sənətkarın qızı olmaq həm çətindir, həm də çox qürurvericidir. Mən heç vaxt atamın adından istifadə etməmişəm. Qürurum buna imkan verməyib. Peşmanam ki, o vaxt atamın sözünə qulaq asmadım. Mənə elə ailələrdən elçi düşürdülər, amma getdim, çox kasıb bir ailə ilə ailə qurdum. Sonradan xəyanət oldu və ayrıldım. Yaşar Nurinin qızı olduğuma görə mənə qibtə aparanlar çoxdur. Amma 13 ildir qapımı döyən yoxdur. Ona görə də kiminsə bu gün mənə yol göstərməyə haqqı yoxdur. Atam mənə hər zaman deyirdi: ‘Heç vaxt başındakı tacı yerə qoyma’. Mən onun qızı olmaqdan qürur duyuram”.
Müğənni həmçinin geyim tərzi və səhnə davranışına görə edilən tənqidlərə də cavab verib:
“Mən hər zaman fərqli olmuşam. Geyimlərimə görə tənqid edənlərə sözüm budur: geyinmək yaraşırsa, geyinərəm. Bu, mənim seçimimdir. Geyimimlə bağlı müzakirələr mənə heç vaxt maraqlı deyil”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.