Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Xanımıma o qədər əziyyət vermişəm ki..."- VİDEO

"Xanımıma o qədər əziyyət vermişəm ki..."- VİDEO

2025-10-27 , 17:44

"Mən öləndən sonra heç kim mənə yas saxlamasın, qəbirüstümə gəlməsin. Kim məni istəyirsə, oturub Allaha dua etsin ki, onun günahını bağışla, iki rükət də namaz qılsın".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Rəngarəng" verilişində deyib. İfaçı vəsiyyətini açıqlayıb. O bildirib ki, yasına və dəfn mərasiminə insanların gəlməsini istəmir. 
Meyxanaçı xanımından da danışıb:
"Birinci mən dünyamı dəyişim. Xanıma o qədər əziyyət vermişik ki... O qədər əziyyətimizi çəkib, hörmətimizi saxlayıb ki... Mən ölüm, xanım yaşasın. Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə, ölməlisən. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.