Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Ata mənə baxmayıb, sevgi göstərməyib" - Tənqidlərə cavab verdi

"Ata mənə baxmayıb, sevgi göstərməyib" - Tənqidlərə cavab verdi

2025-12-02 , 13:26

Müğənni Leyla Rəhimli atası ilə danışmadığı üçün onu tənqid edənlərə cavab verib. Sənəçi "Günə uğurla" proqramında atasının ona baxmadığını, sevgi göstərmədiyini bildirib:

"Dünyaya göz açanda ata görməmişəm. Bəziləri qınayır ki, atası ilə danışmır, ona cavab vermir. Onlara sual verirəm: Sən də mənim kimi dünyaya gələndə anadan başqa heç kimi görməmisən? Mən onu görməmişəm... Ona necə sevgi göstərim, danışım? Necə qarşılıq verib? Başa düşürəm atadır. Amma ata mənə baxmayıb".
Həyat yoldaşı ilə ayrılan ifaçı övladları haqda suala "Mənim övladlarımın taleyi başqadır. Onların ataları var. Bəlkə zamanı gələndə gedəcəklər atalarının yanına. Mən onunla düşmən deyiləm. Baxmayaraq ki, o, mənimlə düşməndir" cavabını verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.