Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məşhurlar Əminəyə qarşı çıxdılar: "Düzgün deyil" - VİDEO

Məşhurlar Əminəyə qarşı çıxdılar: "Düzgün deyil" - VİDEO

Məşhurlar Əminəyə qarşı çıxdılar: 
2025-12-08 , 15:48

Bir neçə gündür davam edən Əminə Şirin və Tacir Şahmalıoğlu arasındakı söz-söhbət daha da gərginləşib.

Məsələ sosial şəbəkələrdə geniş müzakirə olunarkən bir sıra tanınmış ifaçı "Rəngarəng" verilişində qalmaqala münasibət bildirib.

Şəbnəm Tovuzlu, Orxan Lökbatanlı və Rəvan Qarayev canlı efirdə Əminə Şirinin mövqeyini tənqid ediblər.

Rəvan Qarayev "Əlinə mikrofon götürən Tacirin yolunu gedib. Onun kimi ustadın qarşısında belə çıxış etmək düzgün deyil" - deyə etirazını bildirib.

Şəbnəm Tovuzlu isə həmkarına hörmət etdiyini vurğulasa da, Əminə Şirinin davranışını haqsızlıq kimi qiymətləndirib:

"Xanıma hörmətim var, amma bu etdiyi Tacir müəllimə qarşı haqsızlıqdır".

Orxan Lökbatanlı da qalmaqala münasibət bildirərək Əminə Şirini tənqid edib:

"Əminənin Tacir müəllimdə səhv tutmağı özü səhvdir".

.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.