Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Meyxanaçı Ağakərimin dəfn yeri məlum oldu

Meyxanaçı Ağakərimin dəfn yeri məlum oldu

Meyxanaçı Ağakərimin dəfn yeri məlum oldu
2025-12-19 , 17:22

Meyxanaçı Kərim Novruzov (Ağakərim) doğulduğu kənddə - Bakının Maştağa qəsəbəsində dəfn ediləcək.

Bunu “Yeni Sabah”a danışan meyxanaçının yaxın dostu və həmkarı Ağamirzə Məmmədov deyib.
O bildirib ki, dəfn mərasimi hələ baş tutmayıb:
“Hazırda Ağakərimin evindəyik, hələ ki, dəfn edilməyib. Təxminən, bir saat əvvəl vəfat edib. Hələlik meyxanaçı həmkarları burada deyil. Yaxın qohumları və qonşuları evdədir. Xəbər yayıldıqca meyxanaçılar da gələcəklər. Dəfn və yas mərasimi Maştağa kəndində olacaq”.
Qeyd edək ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.