Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Kamil Zeynallı: “Vəsiqəmdə atamın adını daşımıram”

Kamil Zeynallı: “Vəsiqəmdə atamın adını daşımıram”

Kamil Zeynallı: “Vəsiqəmdə atamın adını daşımıram”
2025-12-23 , 08:23

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı “Rəngarəng” verilişində maraqlı açıqlama ilə diqqət çəkib.

Musavat.com-un xəbərinə görə, proqram zamanı şəxsi həyatı ilə bağlı sualları cavablandıran Kamil Zeynallı bildirib ki, rəsmi sənədlərində atasının deyil, babasının adı qeyd olunub.
O, bu barədə danışarkən belə deyib:
 
“Bir uşaq atasından sevgi, qayğı görməyəndən sonra onun adını niyə daşısın? Mən vəsiqədə atamın adını yox, babamın adını daşıyıram. Lazım olar, ata adı yerinə anamın da adını daşıyaram. Sadəcə, bu, uyğun gəlmir. Sevgi görmürəmsə, adını niyə daşımalıyam?”
 
Zeynallının bu etirafı studiyada maraqla qarşılanıb və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.