Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Adımı qoydular TikTok dilənçisi"

"Adımı qoydular TikTok dilənçisi"

2025-12-28 , 14:17

Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiyini deyib.


Axşam.az xəbər verir ki, "İki başlı" verilişinə qatılan aparıcı izləyicilərin ona "TikTok dilənçisi" dediklərindən danışıb:

"TikTok-da canlı açdım. Bir dəfə də bağlaya bilmirdim. Hədiyyələr atırdılar. İnsanların ürəyi istəyir atır. Necə deyim, atmayın, kimsən sən? Eyib deyil? Camaat hədiyyə atır deyə, o deməkdir ki, dilənirəm? Girdim TikTok-a baxdım ki, 1200 manat pul gəlib. Heç bilməmişəm necə gəlib, kim şir atıb... Adımı qoydular TikTok dilənçisi. Yazdılar bu da qoşulub başqalarına dilənir. Elə utandım. Ondan sonra TikTok-a girmirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.