Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Hülya Avşar hicaba keçdi - FOTO

Hülya Avşar hicaba keçdi - FOTO

Hülya Avşar hicaba keçdi - FOTO
2026-01-05 , 16:42

Məşhur aktrisa Hülya Avşar "Eyni Yağmur Altında" serialında Fazilə Aydın rolunu canlandırmaq üçün ilk dəfə hicab taxıb.

Hülya Avşar verdiyi açıqlamada bu təcrübənin onun üçün fərqli və xüsusi olduğunu, hicabın düşündüyündən çox daha rahat olduğunu bildirib. Aktrisa qeyd edib ki, obrazla qurduğu əlaqə roluna müsbət təsir edir.
Serialın çəkilişləri əvvəlcə Londonda, sonra İstanbulda aparılır. "Eyni Yağmur Altında" serialı insan hüquqları uğrunda mübarizə aparan Rosa adlı qadının həyat hekayəsidir.
Hülya Avşarın rol aldığı layihədə Nilsu Berfin Aktaş, Burak Tozkoparan, Fikret Kuşkan, Taro Emir Tekin, Bahar Şahin, Levent Ülgen, Deniz Uğur, Erkan Can, Mine Çayıroğlu, Sarp Bozkurt və Türkü Turan kimi tanınmış aktyorlar da çəkilir.
Qeyd edək ki, Avşarın hicablı yeni imici sosial mediada geniş müzakirə olunub./Milli.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.