Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aysun atasını görmək istəyir - VIDEO

Aysun atasını görmək istəyir - VIDEO

Aysun atasını görmək istəyir - VIDEO
2026-01-07 , 15:32

“Atamı görmək istəyərəm. Mənə hamı deyir ki, atana çox oxşayırsan. Mənim xarakterimdə bəzi nüanslar var, bunlar ana tərəfimdə yoxdur. Ona görə tanımaq istəyərəm, çünki fikirləşirəm ki, bunlar mənə haradan gəlib?"

"Yeni Sabah" xəbər verir ki, bunu “Rəngarəng” verilişində Aysun İsmayılova bildirib.
O əlavə edib: "Həyatda elə bir şey ola bilməz ki, qızını görməməyə məcbur qalsın. Ola bilər ki, valideynlər arasından problem olsun, amma uşağın günahı yoxdur. İndiki yaşımda baş versəydi, ayrılsaydılar, aramızda problem olsaydı, deyərdim, hə. Amma 2-3 yaşımda məni atıb gedib, bir dəfə maraqlanmayıb. Ailə həyatım uğursuz oldu, maraqlanmadı ki, bu uşağın başına niyə belə işlər gəlir?
Bunları keçmək olmur. Böyük danışmayım, heç vaxt “heç vaxt” deməyi sevmirəm. Mən onun sayəsində dünyaya gəlmişəm, övladam, bir insalığım, vicdanım var.  Nə qədər səhv etsə də, haqqımı halal edirəm. Çünki valideynimdir, bioloji atamdır. İndi eşitsəm ki, xəstəxanadadır, nə lazımdırsa, edərəm, amma getmərəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.