Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mənzurə Musayeva qardaşının işdən çıxarılmasından danışdı

Mənzurə Musayeva qardaşının işdən çıxarılmasından danışdı

Mənzurə Musayeva qardaşının işdən çıxarılmasından danışdı
2026-01-14 , 13:26

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.

Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunması ilə bağlı qaynarinfo.az-a açıqlama verib.
Sənətçi bildirib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:
"Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Razı olmayıb. Bundan sonra qardaşım adi həkim olaraq işinə davam edəcək".
Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev vəzifəsindən azad edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.