Nadiq Qafarzadə: “Yaxşı ki, XX əsrdə Azərbaycanda sovet hakimiyyəti quruldu”
“Bu gün Azərbaycanda səhnəyə çıxan ifaçıların böyük əksəriyyəti fonoqramdan istifadə edir, bəzən isə məsələ bununla da bitmir. Artıq süni intellekt vasitəsilə hazırlanmış səslərdən də geniş şəkildə istifadə olunur”.
Bunu Demokrat.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.
O bildirib ki, ifaçı səhnədə ağzını açır, amma eşitdiyimiz səs ona məxsus olmur:
“Bu artıq təkcə fonoqram deyil, texnologiyanın ifanı tam əvəz etməsidir. Peşəkar musiqiçilər belə halları dərhal hiss edir və ayırd edə bilirlər. Müəyyən hallarda açıq hava tədbirləri və texniki risklərin olduğu məkanlarda fonoqramdan istifadə başadüşüləndir. Lakin əsas prinsip dəyişməməlidir, ifa olunan səs mütləq sənətkarın özünə məxsus olmalıdır. Əks halda bu, dinləyicinin aldadılması və sənətə hörmətsizlikdir.
Musiqinin keyfiyyətinin aşağı düşməsinin əsas səbəblərindən biri dinləyici zövqünün dəyişməsi və bəsitləşməsidir. İnsanlar keyfiyyətli musiqi istədiklərini desələr də, reallıqda bayağı ifalara və səviyyəsiz verilişlərə daha çox maraq göstərirlər. Nəticədə bazarı da məhz bu zövq formalaşdırır. Artıq musiqidən danışmağa ehtiyac qalmayıb. Musiqi bitib, yoxdur. Bu proses nəticəsində həqiqi sənətkarlar kölgədə qalır, yaxşı musiqi isə kütlə arasında itib-batır. Cəmiyyətdə keyfiyyətə deyil, reytinqə və sürətli məşhurluğa üstünlük verilməsi musiqini kommersiya məhsuluna çevirib”.
O deyib ki, problemin kökündə təhsil, savad və ailə tərbiyəsi dayanır:
“Bu gün diplomla savad anlayışı eyniləşdirilir, halbuki savad insanın dünyagörüşü, mədəniyyəti və estetik zövqü ilə ölçülür. Sosial şəbəkələr bu prosesdə ciddi rol oynayır. Bir ölkənin vətəndaşını tanımaq üçün onun sosial şəbəkə istifadəçilərinə baxmaq kifayətdir.
“TikTok” və “Instagram” kimi platformalarda bayağı məzmunun geniş yayılması cəmiyyətin estetik səviyyəsinə birbaşa təsir göstərir. Bu gün təkcə musiqi yox, insanlar, münasibətlər və dəyərlər də süni hala gəlib. Canlı və təbii olan hər şey tədricən yox olur. Musiqi də bundan kənarda qalmayıb.
Artıq savadsız və tərbiyəsiz insanlar çoxalıb, yaxşı insanlar isə itib-batır. Bu gün ölkə üzrə insanların cəmi 20 faizi normaldır. On günlüyə istirahət üçün Moskvaya gəlmişəm. Buradan Azərbaycana baxanda ölkədəki insanların davranışları və hərəkətləri daha pis görünür. İndiki gənclər “palaza bürün, elnən sürün” prinsipi ilə bu cəmiyyətə öyrəşə bilərlər, amma bizim nəsil buna uyğunlaşa bilmir. Biz zamanında yaxşının dadını bilmişik və bu baxımdan xoşbəxt nəsilik, çünki təbii insanları görmüşük. İndi isə demək olar ki, hər şey süni hala gəlib. Azərbaycandan başqa bir çox yerlərdə təbiilik hələ də qalır”.
Onun sözlərinə görə, şərq insanına azadlıq anlayışı çox vaxt düzgün aşılanmır və bu anlayış tez-tez səhv başa düşülür:
“Qərb insanı isə ömür boyu oxuyur, savadlanır və dünyagörüşünü genişləndirir. Qərb cəmiyyətində hətta əxlaqsızlıq və pozğunluq belə müəyyən çərçivələr daxilində, savadla təqdim olunur. Azərbaycan və Amerika istehsalı olan 18+ filmləri müqayisə etsək, fərq aydın görünər. Orada hədd aşılmır, ədəbsizlik olmur, amma bizdə nələrin baş verəcəyini bir Allah bilir, adam baxanda özünü asmaq istəyir. Təqdimat bu məsələdə çox önəmlidir. Şərq insanının təhsilə ömür boyu marağı az olub. Bütün bunların kökündə isə yenə də təhsil dayanır. Molla nə deyibsə, onu da oturub-durub təkrarlayıblar. Fizika və riyaziyyatdan xəbərləri olmayıb.
Yaxşı ki, XX əsrdə Azərbaycanda sovet hakimiyyəti quruldu və bizə oxumağı, yazmağı aşıladı, cəmiyyət müəyyən qədər savadlandı. Həmin hakimiyyət dağıldıqdan sonra isə yenidən Şərq insanı kimi həyat tərzinə qayıtdıq. Bir sözlə, azadlıq anlayışı bizim üçün fərqli məna daşıyır.Uşaq evin güzgüsüdür. Evdə valideyn nə edirsə, uşaq da onu örnək götürür. Evində bayağı musiqiyə qulaq asan, səviyyəsiz verilişlər izləyən ailənin övladından cəmiyyət üçün faydalı insan yetişməsi çətindir”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Nəzakət Teymurova: Leylidən danışmadılar, mənim botoksumu, saçımı müzakirə etdilər... - MÜSAHİBƏ
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Süni intellekt müəllimləri əvəz EDƏCƏK
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
"Taksidə çalışdım, montyor, qarovulçu işlədim..."
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Əvəz Zeynallının kirli biznesi: “1 manatlıq yardım” ona nə üçün lazımdır?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55