Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  Eldəniz Məmmədov: "Müharibədə topçu olmuşam"

 Eldəniz Məmmədov: "Müharibədə topçu olmuşam"

 Eldəniz Məmmədov:
2026-02-13 , 08:23

“Mən Birinci Qarabağ müharibəsində topçu olmuşam. Topçu dostlarım da var idi. Onlar Politexnik Universitetinin tələbələri idilər, hər dəqiqə yanlarında olurdum. Onları evimizə gətirirdim, anam paltarlarını yuyurdu. Atam məni axtaranda məni ancaq topçuların yanında tapırdı”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Eldəniz Məmmədov “Xəzər axşamı” verilişində deyib. Sənətçi Vətən müharibəsində döyüşmək üçün dəfələrlə müraciət etdiyini bildirib:

“İkinci Qarabağ müharibəsində də əlimdən gələn bütün yardımları etmişəm. Dəfələrlə müharibədə iştirak etmək üçün ərizə yazdım. Dedilər ki, ehtiyac olarsa, çağıracağıq, amma olmadı. Allaha çox şükür ki, müharibəmiz 44 günə başa çatdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.