Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “İtimə səhər nehrə yağı ilə çörək verirəm, onu dəyərləndiriəm” – Xatirə İslam (VİDEO)

“İtimə səhər nehrə yağı ilə çörək verirəm, onu dəyərləndiriəm” – Xatirə İslam (VİDEO)

“İtimə səhər nehrə yağı ilə çörək verirəm, onu dəyərləndiriəm” – Xatirə İslam (VİDEO)
2026-02-19 , 04:35

Müğənni Xatirə İslam sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.

Yenilik.az  xəbər verir ki, sənətçinin ev heyvanı ilə bağlı paylaşdığı görüntülər izləyicilər arasında birmənalı qarşılanmayıb.
Belə ki, ifaçının itinə nehrə yağı ilə çörək verməsi bəzi sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Bir qrup izləyici bunu israf kimi qiymətləndirsə də, digərləri sənətçinin şəxsi seçimlərinə hörmətlə yanaşmağın vacibliyini bildirib.
Xatirə İslam isə məsələyə münasibət bildirərək ev heyvanını dəyərləndirdiyini və ona görə də xüsusi qayğı göstərdiyini vurğulayıb: “İtimi dəyərləndirdiyim üçün ona nehrə yağı verirəm”.
Mövzu qısa zamanda sosial mediada geniş müzakirələrə yol açıb və müxtəlif rəylərlə qarşılanıb.
Tribuna.az 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.