Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Rihannanın evi gülləbaran edildi

Rihannanın evi gülləbaran edildi

Rihannanın evi gülləbaran edildi
2026-03-09 , 18:22

ABŞ-nin Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın (Robin Riaanna Fenti) Beverli Hillsdəki evinə atəş açmaqda şübhəli bilərək saxlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti mənbələrə istinadən xəbər verib.
Mənbə avtomobildə olan qadının müğənninin malikanəsinə təxminən 10 atəş açdığını bildirib. Güllələr evin divarına dəyib.
Atəş zamanı Rihannanın binada olduğu deyilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hücumun səbəbi hələ açıqlanmır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.