Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Vüsalə efirə çıxa bilmədi - VİDEO  

Vüsalə efirə çıxa bilmədi - VİDEO
 

Vüsalə efirə çıxa bilmədi - VİDEO
 
2026-04-16 , 13:16

Aparıcı Vüsalə Əlizadənin səhhətində problem yaranıb.

Aparıcı səhhətində yenidən problem yarandığını açıqlayıb.

O, sosial şəbəkə hesabında paylaşdığı videoda özünü yaxşı hiss etmədiyini bildirib. Aparıcının sözlərinə görə, təzyiqi qəfil qalxıb və bu səbəbdən planlaşdırılan canlı yayıma çıxa bilməyib.

Vüsalə Əlizadə daha sonra vəziyyətinin stabilləşdiyini qeyd edərək, artıq özünü yaxşı hiss etdiyini və yenidən efirə qayıtdığını vurğulayıb.

Qeyd edək ki, aparıcı daha əvvəl iki dəfə böyrək transplantasiyası əməliyyatı keçirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.