Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Röya geyimi müzakirə yaratdı -VİDEO

Röya geyimi müzakirə yaratdı -VİDEO

Röya geyimi müzakirə yaratdı -VİDEO
2026-05-01 , 14:54

Sosial şəbəkələrdə yayılan görüntülər Röya Ayxanın səhnə geyimi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Məclislərin birində çıxış edən 43 yaşlı Xalq artistinin parlaq və açıq-saçıq səhnə obrazı birmənalı qarşılanmayıb.
Röyanın qızılı, bədənə kip oturan və dekolteli libasda ifa etdiyi kadrlar minlərlə baxış və rəy toplayıb.
İzləyicilərin bir qismi hesab edir ki, Xalq artisti fəxri adını adını daşıyan sənətçiyə daha klassik və “ağır” üslub yaraşır. Onlar bu cür səhnə geyimlərinin statusla uyğun gəlmədiyini qeyd edərək, obrazı tənqid ediblər.
Digər tərəfdən, sənətçini müdafiə edənlər də az olmayıb. Pərəstişkarlarının fikrincə, səhnə adamı üçün geyim sərbəstliyi normaldır və bu, şounun bir hissəsi kimi qəbul edilməlidir. /yenisabah/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.