Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Niyaməddin Musayev: “Efirlərə layiqli, sənəti olan müğənnilər dəvət edilməlidirlər”

Niyaməddin Musayev: “Efirlərə layiqli, sənəti olan müğənnilər dəvət edilməlidirlər”

Niyaməddin Musayev: “Efirlərə layiqli, sənəti olan müğənnilər dəvət edilməlidirlər”
2026-05-07 , 16:08

“Televiziyanın öz işi, proqramı, layihəsi var. Yəqin, məsləhət olub ki, bəzi müğənniləri efirə buraxmasınlar. Əlbəttə, hər bir müğənninin istəyi, arzusudur ki, efirdə çıxış etsin...”

 
Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev bir sıra müğənnilərin efirə çıxışına qoyulan qadağadan sonra yaranmış mövcud vəziyyətə münasibət bildirərkən deyib.
 
Xalq artisti baş verənləri müsbət dəyərləndirib: “Söz yoxdur ki, hazırda əsl sənətçilər çağırılır, qəbul olunur, bu, çox yaxşıdır. Mən müğənni adamam, nə deyə bilərəm ki... Efirlərə layiqli, sənəti olan müğənnilər, Azərbaycanın musiqisini, mədəniyyətini təbliğ edənlər dəvət edilməlidirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.