Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Dünən biri arxamca bloka girməyə cəhd etdi, narahatıq...” - Nura Suri

“Dünən biri arxamca bloka girməyə cəhd etdi, narahatıq...” - Nura Suri

“Dünən biri arxamca bloka girməyə cəhd etdi, narahatıq...” - Nura Suri
2026-05-16 , 10:14

"Gündən-günə hər növ dələduzların sayı artır. Axşam olan kimi bizim məhəllədə bir neçə nəfər (qız və oğlan) normal geyimdə gəzişir. Biri blokun qabağında dayanır, bir neçəsi isə məhəllənin içində olur. Binaya sakinlər yaxınlaşanda blokun qabağında dayanan tez xəbər edir, o biri tərəfdən qız qaça-qaça gəlib “dərman almalıyam, pul verin” deyir".

Bunu müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşıb. 
"Blokumuz kodla açılır. Dünən biri arxamca bloka girməyə cəhd etdi. Tez qapını örtdüm. 
Əvvəllər uşaqlarımız axşam vaxtı rahat həyətə düşə bilirdi, indi isə mən də, qonşular da uşaqlarımıza görə narahatıq.
Komendanta demişik, o da qovur onları, amma xeyri yoxdur" - Nura əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.