Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » “Elza Seyidcahanın Yazıçılar Birliyinə üzvlüyü qiyamət əlamətidir”

“Elza Seyidcahanın Yazıçılar Birliyinə üzvlüyü qiyamət əlamətidir”

“Elza Seyidcahanın Yazıçılar Birliyinə üzvlüyü qiyamət əlamətidir”
2023-08-21 , 15:46

Bir neçə gün öncə BBC agentliyinə verdiyi müsahibə ilə gündəmə gəlmiş Xalq artisti Rasim Balayev çıxışının bir hissəsində maraqlı ifadə işlədib. 

“Eynicinsli adamlar xəstədirlər. Kişilərlə kişilərin, qadınlarla qadınların evlənməsi, insanların azğınlaşması, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması qiyamət əlamətidir”.
Bu söhbətlə, daha doğrusu Elza Seyidcahanla bağlı Lent.az-ın sualını cavablandıran Rasim Balayev qeyd edib ki, o verdiyi bütün müsahibə və açıqlamalarda öz subyektiv fikrini səsləndirir və heç bir jurnalist bunu dəyişdirməyə çalışmamalıdır.
“Bəli mən elə bir fikir səsləndirdim, bu mənim şəxsi fikrimdir, subyektiv düşüncəmdir, Elza Seyidcahan barədə də dediklərim səhvdir və ya düzdür, qəbul olunur, yaxud olunmur, hər bir halda bu mənim fikrimdir”,- deyə o bildirib.
Xalq artisti yenidən polemikalara səbəb olmaq istəmədiyini bildirib.
Ötən il  Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi.
Elza Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Rasim bəy, məni oxumağa davam edin”,-demiş, qatıldığı proqramlardan birində  aktyorun alnından öpmüşdü. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.