Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » “Musiqiçilər bazar arxasınca düşüblər” - Alim Qasımov

“Musiqiçilər bazar arxasınca düşüblər” - Alim Qasımov

“Musiqiçilər bazar arxasınca düşüblər” - Alim Qasımov
2023-09-18 , 15:50

“Toylar musiqini primitləşdirir, sadələşdirir. Ancaq əyləncə musiqisi edir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov Rəhamn Bağırovun “O, yoxsa bu?” yutub layihəsində deyib. Xanəndə toyların musiqini bağılaşdırdığını deyib:
“Düçüncə musiqisi yavaş-yavaş gedir. Musiqiçilər düşündürən mahnı oxumaq əziyyətini çəkmir. Niyə çəksin? Onun yiyəsi, altısı yoxdur. Bazarda nə gedirsə, musiqiçilər, sənətkarlar, pul qazananlar, istedadlılar da onunla məşğuldur. Bazar dalına düşüblər. Ona görə də musiqi də toy arxasınca düşüb.
Toyda aparıcı olmalıdır. Öz toylarımın yiyəsi olmuşam. Görmüşəm oynamaq uzanır, başlamışam muğam oxumağa. Oxumaqla oynamaq gülməlidir. Oxumaq odur ki, sən oxu, mən qulaq asım. Sən oxu, mən də oynayım? Musiqinin də korlanan yeri budur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.