“Əli İsa möhürü ələ keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub”
Əbdül Mahmudov (Şeyx Əbdül) mərhum Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu ətrafında yaranan müzakirələrdən danışıb.
“Bilmirəm, Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb. Şəfiqə Məmmədova isə onsuz da birinci katibdir. Əslində, İdarə Heyətinin sədrliyə namizədlik vermək ixtiyarı yoxdur. Çünki qurultayda əvvəlcə hesabat dinlənilir, qiymət verilir, fərdi çıxışlar olur. Bundan sonra hamı buraxılır, eyni səlahiyyətlə tam bərabərhüquqlu şəkildə namizədlikləri irəli sürülür. Buna ixtiyarları var. Sən vəzifədə ola-ola öz namizədliyini necə verə bilərsən? Gülməli görünmür? Bunlar isə oyun oynayırlar.
Allah Rasim Balayevə rəhmət eləsin. Son vaxtlar onun xəstəliyindən sui-istifadə etdilər. Əli İsa Cabbarov "peçatı" da əlinə keçirib, kinoya aidiyyatı olmayan adamları İttifaqa doldurub. Axı İttifaqın Nizamnaməsi var. Kimlər İttifaqın üzvü ola bilər, hamısı Nizamnamədə yazılıb. Mən İttifaqın üzvü olanda on beş filmə çəkilmişdim, dörd filmdə isə ikinci rejissor işləyirdim. "Dəli Kür", "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi...
Dünən universitet bitirib, haradansa özəl studiyalarda işləyənləri Əli İsa Cabbarov İttifaqa doldurub. Özü üçün sosial baza yaradıb, indi də namizədliyini irəli sürür. Əli İsa, əvvəla, sənin sədr olmağa heç bir mənəvi və hüquqi haqqın yoxdur. Sən kino xadimi deyilsən, həvəskar, xırda sənədli film çəkən rejissorsan. Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev, mən və digərləri kənara çəkilmişik. Çünki Əli İsa Cabbarov İttifaqda özfəaliyyət bazarı açıb. Özü də istəyir ki, "bazarkom" olsun. Sən necə Şeyx Əbdül Mahmudov, Fəxrəddin Manafov, Oqtay Mirqasımov kimi adamların rəhbəri ola bilərsən? Bu bazarda nə oyun oynayırsan?
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə keçirilən toplantıda bu məsələdən də danışılacaq. Ayıbdır, yaxşı deyil. Bu gün Azərbaycan kinosunun vəziyyəti çox pis və acınacaqlı vəziyyətdədir. Kinonu bu acınacaqlı vəziyyətdən çıxarmaq üçün ilk növbədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri nüfuzlu, cənab Prezident, dövlət məmurları və ictimaiyyət tərəfindən tanınan, etimad göstərilən, sevilən şəxsiyyət olmalıdır. Belə bir şəxsiyyət praktikada artıq özünü sübut etmiş, möhtərəm Prezidentimizin yanında fikir bildirə biləcək adam Şəfiqə Məmmədovadır. Ağbirçək, təcrübəli xanımdır. Kinostudiyamızı ağır vəziyyətdən çıxara bilər. İttifaqdan küsüb gedənləri qaytara biləcək yeganə şəxsiyyət Şəfiqə Məmmədovadır. İstəsək də, istəməsək də...”.
Əbdül Mahmudov bir neçə il öncə Şəfiqə Məmmədovanın saxta yolla sədr seçilməsi barədə dediyi sözlərə isə belə aydınlıq gətirib:
“Bu, məni yandırıb tökür. Azərbaycan kino camiyəsini iki yerə bölmüşdülər. Ölkədə iki ittifaq var idi. Heç bir hüquqi əsasları yox idi. Mən istəyirdim ki, bir araya gəlsinlər, vahid ittifaq olsun. Bunun davasını aparmışam. Demişəm ki, qeyri-qanunidir. Bir ölkədə iki kino ittifaqı ola bilər? İkisi də dövlət büdcəsindən maliyyələşirdi. Mübarizəmdə qalib çıxdım. Allaha şükür, mərhum Rasim Balayev və Şəfiqə xanım başa düşdülər, bir araya gəldilər. Bundan sonra rəsmi Azərbaycan Kinematoqrafçılar İttifaqı yarandı, Balayev sədr seçildi. Qərəzli jurnalistlər fikirlərimi təhrif etmişdilər. Bu mənim günahım deyil. Mədəniyyət naziri də, ARKA da çox böyük işlər görür, dəstək verir. Qalır İttifaq... İttifaqı da istədiyimiz səviyyədə yoluna qoysaq, kinostudiyamızı ayağa qaldıra bilərik”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Şəfiqə Məmmədova 45 ildir kinonun qapısını açmayıb, Baba Vəziroğlu da...”- Şeyx Əbdül OD PÜSKÜRDÜ
Şeyx Əbdüldən Şəfiqə Məmmədova ilə bağlı sərt sözlər - "Orada mollalıq eləyir?"
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Fatma Mahmudova: “Xoşbəxtəm ki Rasim Balayevin əlinə əlim dəyib, ona salam vermişəm, qadınların ondan ötrü ürəyi gedirdi”
Şeyx Əbdüldən ŞOK AÇIQLAMALAR: “Məni ölümdən Əli İnsanov xilas etdi...”
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Şeyx Əbdül: “Şəfiqənin namizədliyi irəli sürülsə, qurultayda qırğın salacam”
İsa Qəmbərin xəyanət dosyesi: ant-milli şəbəkənin cavab vermək zamanı çatıb
"Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı "– Şeyx Əbdül
Əmisi qızı ilə evlənmişdi, 100 gün həbsdə yatmışdı — Rasim Balayev haqqında bilinməyənlər
Şeyx Əbdül: “Kaş ki, axirətlə bağlı deyilənlər doğru olardı…Rasim Balayevlə görüşüb deyərdim ki…”
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
“100 minə görə 4 balamı anasız qoyursunuz”-VİDEO 2026-06-28 , 20:40
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı - VİDEO 2026-06-28 , 20:38
Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu 2026-06-28 , 20:37
Vatikan da dözmədi, dözmədi, bu dəfəki növbəti İsaya! 2026-06-28 , 20:36
“Yuxu kimi” serialından sonra mənə təzyiqlər oldu, teatra gəlirdilər, bezib usanmışdım ki...” - FOTO 2026-06-28 , 20:35
AQTA “VATA” MMC-ni qalib etdi – Şirkətin borcu da varmış 2026-06-28 , 20:31
“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani 2026-06-28 , 20:31
"Sənətə gəlişimi ona borcluyam" 2026-06-28 , 20:30
Rüfət Axundovun oğlu ilə "gilas" davası - VİDEO 2026-06-28 , 20:28
"İsa Həbibbəyli, bu görüntülərdən sonra istefa verib getməlisən!" – Qənirə Ataşdan sərt çağırış 2026-06-28 , 20:27
İsrail hökuməti “ erməni soyqırımı”na səs verdi 2026-06-28 , 20:19
3-7 yaş aralığındakı uşaqlar üçün təhlükə siqnalı 2026-06-28 , 20:16
Sumqayıtın küçələri gecələr qaranlığa qərq olur 2026-06-28 , 20:14
Masonların Bakıda gizli toplantısı: Kritik qərarlar verildi – FOTO 2026-06-28 , 20:13
Netanyahudan "erməni soyqırımı" ilə bağlı açıqlama: QƏTİ ŞƏKİLDƏ... 2026-06-28 , 20:12
Cəmi 4 avtobus var, onlar da qrafikə uyğun işləmir - Ceyranbatandan şikayət 2026-06-28 , 20:11
Leyla Əliyevadan paylaşım – VİDEO 2026-06-27 , 20:33
İsrailin “erməni soyqırımını tanımaq” təşəbbüsünə Ermənistandan şok cavab 2026-06-26 , 22:15
Anar Bağırovun sədrliyi ilə BDU-da magistrantların dissertasiyası müdafiə olunub - FOTO 2026-06-26 , 20:35
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı 2026-06-25 , 17:17
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA 2026-06-25 , 17:15
Novxanı çimərliyində xəndək qalmaqalı - Səbəb bu imiş 2026-06-25 , 17:14
TƏBİB-dən Fərhad Mehdiyevə cavab 2026-06-25 , 17:13
Sumqayıtda real təhlükəyə çevrilən yataqxana 2026-06-25 , 17:12
Çinarə qızını göstərdi – VİDEO 2026-06-25 , 17:09
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident səfiri geri çağırdı - Sərəncam 2026-06-25 , 17:01
FHN Aqşin Fatehin restoranını bağladı - Foto 2026-06-25 , 16:59
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar 2026-06-25 , 16:56
İlham Əliyev 8 fərman imzaladı 2026-06-25 , 16:55
Prezident sərəncam imzaladı 2026-06-25 , 16:54
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO 2026-06-24 , 15:40
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı 2026-06-24 , 14:56
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03