Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı
2023-03-22 , 12:01

Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.

Yenilik.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.
Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır.
Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.