Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bayram günlərində nazirlik əməkdaşları 17 azyaşlını xilas ediblər

Bayram günlərində nazirlik əməkdaşları 17 azyaşlını xilas ediblər

Bayram günlərində nazirlik əməkdaşları 17 azyaşlını xilas ediblər
2023-03-27 , 10:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.