Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya Şurasının nümayəndəsi Beynəlxalq tədbirdə ekspert - münsif qismində təmsil olunub.

Mediasiya Şurasının nümayəndəsi Beynəlxalq tədbirdə ekspert - münsif qismində təmsil olunub.

Mediasiya Şurasının nümayəndəsi Beynəlxalq tədbirdə ekspert - münsif qismində təmsil olunub.
2023-04-08 , 19:30

Aprelin 8-də Azərbaycan, Rusiya, Belarusiya, Qazaxıstan və Qırğızıstandan olan ekspert-münsiflərin iştirakı ilə “VII Международный студенческий конкурс медиации и переговоров «Медиация без границ», “Sərhədsiz Mediasiya” VII Beynəlxalq tələbə mediasiya və danışıqlar müsabiqəsi keçirilmişdir.
Müsabiqədə Rusiya Federasiyası və Belarusiya Respublikasının qabaqcıl universitetlərinin tələbələri yarışmışlar. Rus dilində keçirilən bu beynəlxalq tədbirdə ekspert-münsif qismində Mediasiya Şurasını Bakı 8 saylı Mediasiya təşkilatının direktoru, İntizam Komissiyasının sədri Mayıl Əhməd təmsil etmişdir. 
M.Əhməd Beynəlxalq Tələbə müsabiqəsi iştirakçılarının diqqətinə ölkəmizdə Mediasiya institutunun inkişafı və bu sahədə görülən mütərəqqi işlər barəsində ətraflı məlumat vermişdir. Təşkilatçı komitə adından beynəlxalq dərəcəli moderator Liliya Vlasova Azərbaycan Mediasiya Şurasına uğurlar arzu etmişdir. İki raunddan ibarət olan və 6 saat davam edən yarışmanın sonunda, “Sərhədsiz Mediasiya” VII Beynəlxalq tələbə mediasiya və danışıqlar” müsabiqəsinin qalibləri elan edilərək, tədbirin yekunlaşdığı elan edilmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.