Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılıb

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılıb

Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılıb
2023-04-15 , 17:33

Bu gün saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

Yenilik.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.